Video 15:21 21.05.2018

Samirə: "Ərim toy gününün səhəri stolları başımda qırdı” (VİDEO)

ARB TV-nin "Boş anlar” verlişinin qonağı olan meyxanaçı Samirə Yusifqızı olub.

Qaynarinfo xəbər verir ki, meyxanaçı indiyədək bilinməyən bir sirrin üstünü açıb:

"3 ay ailəli olub qayıtmışam. Ərim toy günün səhərisindən stol, stulu başımda sındırdı. Ailəvi psixi xəstə idilər. O insanı sevməmişdəm. Təsadüfi idi. Elə bir iş olmuşdu ki, mən məcbur qaldım ona getməyə. İndi görsəm də onu tanımaram. Heç tanımaq da istəmirəm. Allah etməsin, qarşıma çıxsınlar. O zamanlar cavan idim, anlamırdım. Bunların hamısı 17 yaşımda olub. Bəlkə də mən indi onları onlarla tamam başqa cür danışaram. Sonradan anası və özü çox yalvardılar. Amma bizimkilər qəbul etmədi. Hətta bir il məni güddülər ki, mən evdən çıxanda məni oğurlasınlar”.