Texnologiya 15:04 09.02.2018

Samsung rəhbəri barədə növbəti istintaq prosesi

Cənubi Koreya polisi Samsung Electronics şirkətinin rəhbəri Li Kun Çi barədə yeni istintaq prosesinə start verilib.

Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, Cənubi Koreya polisi Li Kun Çinin 2014-cü ildə 7,5 milyon dollar vergidən yayınması və bu prosesin Samsung işçilərinin hesabları vasitəsilə edilməsindən şübhələnir. Səhhəti səbəbilə Samsung rəhbəri istintaq prosesinə cəlb edilməyəcək.

Qeyd edək ki, Li Kun Çinin oğlu və şirkətin varisi hesab edilən Li Çe Yonq ötən güclərdə bir illik həbs dövründən sonra şərti azadlığa buraxıldı. O, rüşvətxorluq, vergidən yayınma və digər qeyri-qanuni addımlarda ittiham edilirdi.

Gülşən