Texnologiya 15:50 19.07.2018

"Samsung"un qatlana bilən telefonu bu tarixdə satışa çıxarılacaq

Samsung şirkəti qatlana bilən telefonunu gələn ilin əvvəllərində satışa çıxara bilər.

Qaynarinfo The Verge-ə istinadən xəbər verir ki, telefon 7 düym ölçüyə sahib olacaq və qatlamaq mümkün olacaq. Şirkət böyük ölçülü batareya üzərində işləyir. Qatlana bilən telefon 1500 dollardan baha qiymətə satışa çıxarılacaq və əsas hədəf auditoriyası oyun həvəskarları olacaq. 

Qeyd edək ki, Samsung bu fikir üzərində artıq bir neçə ildir işləyir.

Gülşən