Ölkə 00:01 18.11.2013

Sankt-Peterburqda Azərbaycan günü

Rusiyanın Sankt-Peterburq şəhərində yerləşən Etnoqrafiya Muzeyində  Beynəlxalq Toleriantlıq Günü çərçivəsində geniş tədbir keçirilmişdi.
Tədbirdə müxtəlif ölkələr geyimləri, adət-ənənələri, musiqiləri, toy mərasimləri ilə təmsil olunmuşdular. Azərbaycanı bu tədbirdə Azərbaycanın Milli-Mədəni Muxtariyyəti təmsil edirdi. Muxtariyyətin direktoru Mariat Əsgərovanın və "Çinar" rəqs qrupunun rəhbəri Xeyransa Mirzəyevanın təşkilatçılığı ilə hazırlanan  proqramda Azərbaycan toyunun bir hissəsi olan  "Xınayaxdı" mərasimi qonaqlara göstərilib. Milli elementlərin, geyimlərin, adətlərin və rəqslərin cəmləşdirildiyi "Xınayaxdı" mərasimini "Çinar" rəqs qrupunun gənc azərbaycanlı iştirakçıları təqdim edib.

Proqram maraqla qarşılanmışdır.

Tədbirdə azərbaycanlılardan başqa ruslar,özbəklər, qazaxlar, yakutlar, gürcülər, polyaklar və digər xalqların nümayəndələri də iştirak etmişdilər.


Qaynar.info