Dünya 13:10 15.12.2018

"Sarı jiletlilər" yenidən küçələrdə: həbslər başladı

Fransada "sarı jiletlilər"in bu günə planlaşdırılan aksiyasından əvvəl həbslər başlayıb.

Qaynarinfo xəbər verir ki, Parisin mərkəzi küçələrinə toplaşmağa başlayan etirazçılardan 25-i həbs edilib. Paytaxtda təhlükəsizliyi 8 min polis və 14 zirehli texnika təmin edir.

Qeyd edək ki, "sarı jiletlilər" aksiyası 17 noyabrdan bəri davam edir. İnsanlar benzinə tətbiq edilən vergi artımına və iqtisadi vəziyyətə etiraz edirlər. Prezident Emmanuel Makron vergini ləğv edərək iqtisadi islahatlar vəd etsə də, nümayişlər yekunlaşmayıb. 

Gülşən