Sarkisyan Aprel döyüşləri ilə bağlı ifadə verəcək

Sarkisyan Aprel döyüşləri ilə bağlı ifadə verəcək

Ermənistanın sabiq prezidenti Serj Sarkisyan 2016-cı ilin aprel döyüşləri ilə bağlı ifadə verəcək.
 
Qaynarinfo modern.az-a istinadən xəbər verir ki, bu barədə parlamentin Müdafiə və təhlükəsizlik komitəsinin sədri Andranik Koçaryan bildirib.

Sarkisyanın aprel döyüşlərinin səbəb və nəticələrini araşdıran komissiya qarşısına çıxacağı gözlənilir.

"Öncə bütün veriləcək sualların siyahısını hazırlamalıyıq. Yalnız bundan sonra həmin sualları Sarkisyana təqdim edəcəyik”.

Ermənistanda aprel döyüşləri ilə bağlı komissiya bu ilin iyununda yaranıb.

XƏBƏRLƏR
BLOGLAR