Dünya 16:00 14.04.2018

Sarkisyan baş nazir olur

Bu gün Ermənistanda hakim Respublika Partiyasının iclası keçirilib.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, iclasda partiya lideri, sabiq prezident Serj Sarkisyanın baş nazir vəsifəsinə namizədliyinin irəli sürülməsi məsələsi müzakirə edilib. Baş nazir Karen Karapetyan da S. Sarkisyanın bu vəzifəyə təyinini təklif edib. Müzakirədən sonra sabiq prezident barədə təklif qəbul edilib.

Qeyd edək ki, partiya aprelin 16-da Serj Sarkisyan baş nazir postuna namizədliyini rəsmi olaraq irəli sürəcək.

Qeyd edək ki, Ermənistanda konstitusiyada edilən dəyişikliklərdən sonra prezidentin vəzifəsi baş nazir tərəfindən icra edilir. 

Gülşən