Foto 17:30 17.04.2018

Sarkisyan baş nazir təyin edildi (FOTOLAR)

Ermənistanın sabiq prezidenti Serj Sarkisyan baş nazir vəzifəsinə təyin edilib.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, qərar parlamentdə keçirilən səsvermədən sonra qəbul edilib. Sarkisyanın baş nazir vəzifəsinə təyininə 77 nəfər "Hə", 17 nəfər isə "Yox" cavabını verib. 

Əhali isə parlamentin müxalif nümayəndəsi Nikol Paşinyanın başçılığı altında küçələrə yığışıb və Sarkisyanın yenidən hakimiyyətə gəlməsinə etiraz edirlər. 10 mindən çox insan Yerevan küçələrini bağlayıb. Azı 29 nəfər polis tərəfindən saxlanılıb.

Ermənistanın digər ərazilərində də kiçik aksiyalar təşkil edilir. 

Qeyd edək ki, ölkədə prezident səlahiyyətləri baş nazirə verilib və Sarkisyanın bu vəzifəyə təyini növbəti dəfə ölkə rəhbəri statusunu qazanması deməkdir. 

Gülşən