Dünya 11:01 22.04.2018

Sarkisyan-Paşinyan görüşü nəticəsiz qaldı (FOTOLAR)

İrəvanın baş naziri Serj Sarkisyan və müxalifət lideri Nikol Paşinyan arasında görüş keçirilib.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, "Marriott Armenia" otelində baş verən görüşdə N.Paşinyan Sarkisyanın istefasının əsas müzakirə mövzusu olduğunu deyib. Sarkisyan isə qeyd edib ki, Paşinyanın mövqeyini bu formada ifadə etməyi doğru deyil, o hüquqi müstəviyə qayıtmalıdır, əks halda baş verəcəklərə görə məsuliyyət daşımır. Ermənistandakı hakimiyyətin xalqa keçdiyini vurğulayan baş nazir parlament seçkilərində yalnızca 7-8% səs toplayan qrup rəhbərinin xalq adından danışmaq hüququ olmadığını qeyd edib və görüşü tərk edib. 

Ölkədə 13 apreldən bəri nümayişlər keçirən müxalif qruplar Sarkisyanın baş nazir seçilməsinə etiraz edir. Ermənistanda prezident səlahiyyətləri baş nazirə keçib və sabiq prezident Serj Sarkisyan hazırda ölkə başçısıdır.

Gülşən