Dünya 15:48 12.12.2013

Sarkozinin xanımının çılpaq fotosu ilə HAKER HÜCUMU


Çinli hakerlərin Fransanın keçmiş prezidenti Nikola Sarkozinin xanımı Karla Bruninin çılpaq fotosundan istifadə edərək, bəzi Avropa Birliyi ölkələrinin maliyyə nazirliklərinə haker hücumu təşkil etdikləri ortaya çıxıb.

Qaynar.info
xəbər verir ki, ABŞ-ın "FireEye" şirkətinin son hesabatına görə, 2011-ci ildə Parisdə keçirilən zirvə toplantısı zamanı Avropa Birliyi ölkələrinin maliyyə nazirliklərinə haker hücumu təşkil olunub.

Hücumun Çindən edildiyi bildirilən hesabatda hakerlərin "Karla Bruninin çılpaq fotoları üçün klikləyin" adlı elektrin məktublar göndərdiyi qeyd olunub.

Bu məktublar sayəsində hakerlər nazirliklərin məlumat bazasını ələ keçirməyə müvəffəq olublar.

"FireEye"yə görə, bu ilin sentyabr ayında da keçirilən zirvə toplantısında da hakerlər eyni virusdan istifadə edərək 5 avropalı nazirin kompyuterini ələ keçiriblər.

Qaynar.info