"Saudi Aramco" rekorda imza ataraq, "Apple"ı geridə qoydu

Səudiyyə Ərəbistanının dövlət neft şirkəti "Saudi Aramco" səhmlərinin bir hissəsini birjalara çıxardıqdan sonra 25,59 milyard dollar gəlir əldə edərək rekorda imza atıb.

Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, şirkət səhmlərinin 1,5 faizi (3 milyard səhm) satılıb. İnvestorlardan hər səhmə görə, ən yüksək məbləğ olaraq müəyyənləşdirilən 32 riyal (8,53 dollar) təklif alındığı bildirilib.

Həmçinin səhmlərin birjaya çıxarılması prosesi çərçivəsində təşkilati investorlardan 106 milyard dollar, fərdi investorlardan isə 119 milyard dollar dəyərində təklif alındığı qeyd olunub.

"Saudi Aramco"nun İPO-dan (ilkin kütləvi yerləşdirilmə) əldə etdiyi 25,59 milyard dollarlıq gəlir Çinin elektron ticarət nəhəngi "Alibaba"nın 2014-cü ildə Nyu-York birjalarına açılarkən qazandığı 21,8 milyard dollarlıq gəliri geridə qoyaraq, səhmlərin ilkin yerləşdirilməsindən ən çox qazanan şirkət olaraq adını tarixə yazdırıb.

"Saudi Aramco"nun hazırda bazar dəyəri 1,7 trilyon dollardan çoxdur. Bunbbunla şirkət bazar dəyəri 1,1 trilyon dollar olan "Apple" şirkətini də geridə qoyaraq, dünyanın ən dəyərli şirkəti olub.
 
Camal
Blogum-Qaynar
XƏBƏRLƏR
BLOGLAR