Ekonomiks 15:49 03.10.2013

Sazz 4G-dən müəllimlər üçün hədiyyə kampaniyası

Sazz 4G simsiz Internet provayderi ölkəmizdə oktyabrın 5-də qeyd olunan Müəllimlərin peşə bayramı münasibətilə müəllimlər və təhsil sisteminin əməkdaşları üçün xüsusi hədiyyə kampaniyası keçirir.  Peşə bayramının qeyd olunduğu 5 oktyabr tarixindən etibarən 10 gün ərzində Sazz 4G abunəçisi olmaq istəyən bütün müəllimlər və təhsil işçilərinə Sazz provayderindən hədiyyə təqdim olunacaq. Belə ki, onlar müqavilə imzalayıb bir aylıq abunə haqqını ödədikdə pusluz USB modem əldə edəcəklər.

Hədiyyə kampaniyasından faydalanmaq istəyən müəllimlərdən və təhsil sisteminin əməkdaşlarından Sazz Internet  satış nöqtələrinə müraciət edib şəxsiyyət vəsiqələrini və təhsil sisteminin işçisi olduqlarını təsdiq edən sənədi təqdim etmələri xahiş olunur.

Hədiyyə kampaniyası oktyabrın 5-dən 15-nədək Sazz 4G Provayderinin Süleyman Rüstəm küçəsi, 9 ünvanında yerləşən baş ofisində, eləcə də bütün Sazz 4G satış nöqtələrini əhatə edir. Satış nöqtələrinin tam siyahısı www.sazz.az saytında verilmişdir. Sazz 4G satış nöqtələri həftənin 7 günü, o cümlədən rəsmi bayram günlərində də müştərilərin ixtiyarındadır.

Hazırda Sazz Internet xidməti Bakı, Gəncə, Sumqayıt, Mingəçevir, Xırdalan şəhərlərində, habelə Abşeron yarımadasının əksər qəsəblərində göstərilir. Bu yaxınlarda Sazz 4G Internetin əhatə dairəsinə daha 11 rayon şəhər daxil ediləcək.

Qaynar.info