Ekonomiks 14:43 13.09.2013

Sazz Internet-dən yeni dərs ili bağlı xüsusi kampaniya

Sazz 4G Internet şirkəti yeni tədris ili münasibətilə gənclər üçün xüsusi hədiyyə kampaniyasına başlayıb. Kampaniyada işitirak edən 18-25 yaşlı bütün şəxslərə iki aylıq abunə haqqı qarşılığında Sazz USB modemi hədiyyə oluncaq.

Bunun üçün abunəçi müqaviləsini imzalayaraq 2 aylıq abunə haqqını ödəmək kifayətdir. Müqavilə şəxsiyyət vəsiqəsi əsasında rəsmiləşdiriləcək və heç bir əlavə sənəd tələb olunmayacaq. Hədiyyə günləri senytabrın 15-dən 30-dək Sazz Internetin Süleyman Rüstəm küçəsi, 9 ünvanında yerləşən baş ofisində, eləcə də bütün Sazz  satış nöqtələrində keçiriləcək. Sazz Internetin  satış nöqtələri həftənin 7 günü, o cümlədən bayram günlərində müştərilərin ixtiyarındadır.

Xatırladaq ki,  Sazz Internet yeni abunəçilərə Internet xidmətini 5 gün ərzində 200 meqabaytlıq trafiklə yoxlayıb test etmək imkanını verir.

Hazırda Sazz Internet Bakı, Gəncə, Sumqayıt, Mingəçevir, Xırdalan şəhərlərində, habelə Abşeron yarımadasının əksər qəsəblərində xidmət göstərir. Bu yaxınlarda Sazz Internetin əhatə dairəsinə 11 rayon mərkəzinin daxil olunması planlaşdırılıb.

Qaynar.info