Ölkə 13:18 01.10.2018

Əliheydər Zülfüqarov Prezident Administrasiyasında yüksək vəzifəyə təyin edildi

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) şöbə müdirlərindən biri dəyişdirilib.

Qaynarinfo "Report"a istinadən xəbər verir i, DQİDK-nın Dini qurumlarla iş üzrə şöbəsininin müdiri Əliheydər Zülfüqarov vəzifəsindən azad edilib. 
Ə.Zülfiqarov Prezident Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsində böyük məsləhətçi vəzifəsinə təyinat alıb.

DQİDK-nın Dini qurumlarla iş üzrə şöbəsininin müdiri vəzifəsinin icrası Cahandar Əlifzadəyə tapşırılıb.