İdman 21:37 11.08.2018

“Səbail” bolqar futbolçunu transfer etdi

"Səbail" daha bir futbolçunun transferini reallaşdırıb.

Qaynarinfo komanda.az-a istinadən xəbər verir ki, Bakı təmsilçisi bolqarıstanlı futbolçu Emil Martinovla müqavilə bağlayıb. 26 yaşlı yarımmüdafiəçi "Səbail"lə bir illik müqavilə imzalayıb.

Martinovun son klubu Bolqarıstan "Slaviya"sı (Sofiya) olub. Onun "Səbail"ə keçidini klubun prezidenti Ventseslav Stefanov da təsdiqləyib.