İdman 19:26 11.05.2018

"Səbail" debüt mövsümündə çempion oldu

Topaz Premyer Liqasında mübarizə aparan klubların əvəzedici heyətlərinin ölkə birinciliyində qalib və gümüş medalçı müəyyənləşib.

Qaynarinfo xəbər verir ki, "Səbail”in əvəzedici heyəti sona bir tur qalmış qızıl medalları rəsmiləşdirib. Elman Sultanovun başçılıq etdiyi komanda birinciliyin XXVII turunda "Neftçi”ni məğlub edərək, debüt mövsümündə çempion olub.

"Sumqayıt”a 0:2  hesabı ilə məğlub olan və bununla da qızıl medal qazanmaq şansını itirən "Qəbələ” gümüş medallarla kifayətlənib. 

Əvəzedicilərin yarışında bürünc medalların sahibi son turda məlum olacaq.

Turun digər oyunlarına gəlincə, "Keşlə" "Qarabağ"a qalib gəlib - 3:1. "Zirə" - "Kəpəz" oyununda hesab açılmayıb.
 
Əvəzedici heyətlər
2017/18 mövsmü
IV dövrə, XXVII tur

11 may
Neftçi - Səbail 0:1
Qol: Emil Həsənzadə, 19.

Zirə - Kəpəz 2:2
Qollar: Elçin Əliyev, 27. Əziz İsmayılov, 73 - Ruslan Süleymanov, 53. Əli Səmədov, 83.

Keşlə - Qarabağ 3:1
Qollar: Emin Quliyev, 20; 64. Asif Əliyev, 85 - Ruslan Hacıyev, 90+3.

Sumqayıt - Qəbələ 2:0
Qollar: Qurban Hüseynov, 78. Elvin Nəsibov, 84-pen.
 

Klub

O

Q

H/H

M

T/F

X

1

Səbail

27

16

4

7

45:31

52

2

Qəbələ

27

15

4

8

63:28

49

3

Zirə

27

11

7

9

34:35

40

4

Qarabağ

27

11

5

11

38:41

38

5

Keşlə

27

8

13

6

36:33

37

6

Sumqayıt

27

10

6

11

34:44

36

7

Neftçi

27

7

6

14

20:35

27

8

Kəpəz

27

2

11

14

14:36

17

Bombardirlər

Ülvi İsgəndərov (Sumqayıt) - 16.