Azərbaycan Premyer Liqasında XXVIII turun növbəti oyunu keçirilib.
Qaynarinfo-nun məlumatına görə, "Səbail” "ASCO Arena”da "Turan Tovuz”u qəbul edib.
Qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb.
"Səbail”in heyətində 21-ci dəqiqədə Pedro Nuno hesabı açsa da ilk hissəyə artırılmış 4-cü dəqiqədə "Turan Tovuz"un oyunçusu Fərid Nəbiyev penaltini dəqiq yerinə yetirərək hesabı bərabərləşdirib.
Aktivində 38 xalı olan "Səbail" Azərbaycan Premyer Liqasında 6-cı, "Turan Tovuz" isə 36 xalla 7-ci yerdədir.
Qeyd edək ki, tura martin 31-də yekun vurulacaq.
Şərhlər