Ölkə 09:46 17.07.2018

Səbaildə Eldar Əzizovu o əvəz edir

Xəbər verdiyimiz kimi, Bakının Səbail Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizova dünən yeni vəzifə verilib. Prezidentin sərəncamı ilə o, Səbail Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. 

Digər sərəncamla Eldar Əzizov Bakı Şəhəri İcra Hakimiyyəti (BŞİH) başçısının birinci müavini təyin olunub. 

Hazırda BŞİH-nin başçısı postu boş olduğu üçün E.Əzizov birinci müavin kimi həm də şəhər meri səlahiyyətini icra edəcək.
 
Bakı şəhər İcra Hakimiyyətinin keçmiş başçısı Hacıbala Abutalıbov bu ilin aprelində Baş nazirin müavini vəzifəsinə aparılıb.

Bəs Eldar Əzizovu Səbaildə kim əvəz edir? Səbail Rayon İcra Hakimiyyətindən "Qafqazinfo"ya bildirilib ki,  icra başçısının səlahiyyətlərini  başçının müavini, rayon Fövqəladə hallar komissiyasının sədri Abit Əliyev həyata keçirir.

Keçmiş icra başçısı E. Əzizov isə bu gün Səbail İH-nə gələrək kollektivlə vidalaşıb.