Ölkə 21:45 12.10.2018

Səbuhi Məmmədli: “Cənab Prezident, Sizə bir can borcum var!”

"Dünən mənim doğum günüm idi, bu gün verdiyiniz göstərişlə SİZ məni yenidən həyata qaytardınız”. 

Qaynarinfo xəbər verir ki, bunu tanınmış jurnalist Səbuhi Məmmədli Prezident İlham Əliyevin onunla bağlı göstərişindən danışarkən deyib.

Xatırladaq ki, dövlət başçısı İlham Əliyev Mətbuat Şurasının məktubuna cavab olaraq, jurnalistin sağlıq durumunun yaxşılaşması üçün tədbirlər görülməsi barədə müvafiq tapşırıq verib.

Səbuhi Məmmədli ölkə başçısına onun probleminə həssaslıqla yanaşdığına görə minnətdarlıq edib.

"Bir daha əmin oldum ki,  DÖVLƏTİNƏ arxalanan heç vaxt YIXILMAZ!!! Sizə can sağlığı arzulayıram CƏNAB PREZİDENT! Sizə bir can borcum var!
Bir insan, bir vətəndaş, bir jurnalist kimi minnətdarlığımı bildirirəm!!!!”,-deyə o bildirib.


Qeyd edək ki, Səbuhi Məmmədli kəskin şəkərli diabetdən, qaraciyər və ürək çatışmazlığından əziyyət çəkir. Hazırda səhhəti ağırlaşmış jurnalistin həyatı təhlükədədir.