Dünya 15:37 20.04.2013

Səddam Hüseyn devrildikdən sonra ilk

Son 10 ildə ilk dəfə ölkədə regional seçkilər keçirilir.

İraqda bir il əvvəl Amerika qoşunları tamamilə ölkədən çıxmasından sonra ilk seçkilər keçirilir. Ölkə əhalisi əyalət şuralarının tərkibinə daxil olacaq deputatları seçir.

Ekspertlər regional seçkiləri 10 il əvvəl Səddam Hüseyn rejimi devrildikdən sonrakı İraq üçün sabitlik sınağı kimi qiymətləndirirlər. Seçkilər zamanı təhlükəsizliyi hərbçilər təmin edəcək.

Qeyd edək ki, regional seçkilər bir ay əvvəl keçirilməli idi, lakin şiə hökuməti zorakılıq hallarının artması ilə əlaqədar əsasən sünnilərin məskunlaşdığı əyalətlərdə seçkilərin təxirə salınmasına qərar verilmişdi.

Qaynar.info