Ölkə 01:17 16.06.2013

“Sədərək” Ticarət Mərkəzində yanğın

Bakıda ticarət mərkəzində kafe yanıb. Qaradağ Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə “Sədərək” ticarət mərkəzində qeydə alınıb. 

Ticarət mərkəzində yerləşən ümumi ərazisi 12 kv m olan Rüstəm Rza oğlu Quliyevə məxsus kafe tamamilə yanıb. 

Yanğının digər obyektlərə keçməsinin qarşısı yanğınsöndürənlər tərəfindən alınıb.

Faktla bağlı araşdırma aparılır.