Ölkə 13:30 17.06.2013

Səfər Əbiyev Gürcüstan müdafiə naziri ilə görüşüb

İyunun 17-də müdafiə naziri, general-polkovnik Səfər Əbiyevin Azərbaycanda işgüzar səfərdə olan Gürcüstanın müdafiə naziri İrakli Alasiniya ilə görüşü olub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüş zamanı nazirlər Azərbaycan-Gürcüstan əlaqələri, hərbi əməkdaşlığın perspektivləri və bölgədəki hərbi-siyasi vəziyyət barədə fikir mübadiləsi aparıblar. 

Qaynar.info