Siyasət 11:36 21.02.2013

Səfir Qarabağda sülhməramlıların yerləşdirilməsindən danışdı

İran səfiri: “Dağlıq Qarabağda sülhməramlı qüvvələrin yerləşdirilməsi regionda yeni təhlükəsizlik problemləri törədəcək”

“Dağlıq Qarabağda sülhməramlı qüvvələrin yerləşdirilməsi nəinki münaqişənin həlli baxımından effektsiz hərəkətdir, bu həm də regionda yeni təhlükəsizlik problemləri törədəcək”. Qaynar.info-nun  APA-ya istinadən məlumatına görə, bu fikirləri İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayin IRNA-ya müsahibəsində bildirib.

 Onun sözlərinə görə, region dövlətləri münaqişənin həlli üçün daha məntiqi yollar təqdim edə bilərlər: “Regiondan kənarda yerləşən dövlət və qurumlar Dağlıq Qarabağ münaqişəsini həll etməkdə qətiyyətli deyillər. Hazırda Dağlıq Qarabağda sülhməramlı qüvvələrin  yerləşdirilməsi ehtimalı azdır. Onun sözlərinə görə, bu fəaliyyət üçün ciddi əsaslar tələb olunur ki, bunlar hələ hazırlanmayıb.

Qaynar.info