Video 23:01 11.11.2019

Şəhid övladının ad günündə gözlənilməz hədiyyə (VİDEO)

Bakıda restoranların birində övladına ad günü keçirən ana hesabı vermək istəyəndə,ondan pul götürməyiblər.

Qaynarinfo xəbər verir ki, aprel şəhidi Seymur Baxışovun həyat yoldaşı Aynur Baxışova övladı Aminin 8 yaşını qeyd etmək üçün restoran danışıb. Qiymət razılaşıb vəad günü mərasimi baş tutub. Ödəniş etmək istədikdə isə "bu bizim borcumuzdur,sizin övladınızın şad gününü təşkil etmək bizim üçün fəxrdir " cavabını alıb.

Restoran sahibi müştərisinin şəhid ailəsi olduğunu biləndə hesabı götürməkdən imtina edib.