Ölkə 14:58 21.01.2019

Şəhidlər Xiyabanında fiziki məhdudiyyətli insanlar üçün şərait yaratmaq yaddan çıxıb (FOTO)

20 Yanvar faciəsinin 29-cu ildönümündə Şəhidlər Xiyabanını ziyarət edən Qarabağ qazisinin fotosu geniş müzakirələrə səbəb olub. Həmin fotoda 2 polis əməkdaşı veteran hərbçiyə xiyabanı edə bilməsi üçün kömək edir. Əlbəttə ki, Azərbaycan polisinin bu nümunəvi davranışı təqdir edilir və cəmiyyət tərəfindən çox müsbət qarşılanır. 

Amma acınacaqlı məqam ondan ibarətdir ki, 29 ildir mövcu olan Şəhidlər xiyabanında hələ də fiziki məhdudiyyətli insanların rahat hərəkət etməsi üçün şərait yaraılmayıb. Fotolardan da göründüyü kimi pilləkənlərin kənarlarında əlillərin xiyabana qalxması üçün yol nəzərdə tutulmayıb. 
 


Məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Qurumdan Qaynarinfo-ya bildirildi ki, xiyaban təmir olunanda bu, nəzərə alınmayıb:
 
"O vaxt hər halda belə tikilib. Amma rəhbərliyin nəzərinə çatdırarıq".
 
Çingiz Səfərli