Sağlamlıq 16:34 09.11.2019

Səhiyyə Nazirliyindən xəbərdarlıq: "Məsuliyyət daşımırıq"

Səhiyyə Nazirliyi bəzi KİV-lərdə və sosial şəbəkələrdə qurumun adından istifadə edərək dərmanların reklam olunmasına münasibət bildirib.

Nazirliyin mətbuat xidmətindən Qaynarinfo-ya verilən xəbərə görə, bu reklamların Səhiyyə Nazirliyinə heç bir aidiyyatı yoxdur: "Nazirlik sözügedən reklamın yayılmasına görə məsuliyyət daşımır".