İdman 09:18 21.01.2018

Şəhriyar Məmmədyarov "Tata Steel Chess" turnirində üçüncü qələbəsini qazandı

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Hollandiyanın Veyk-an-Zeye şəhərində keçirilən "Tata Steel Chess" festivalında üçüncü qələbəsini qazanıb.

Qaynarinfo virtualaz.org-a istinadən bildirir ki, 33 yaşlı qrossmeyster 7-ci turda ağ fiqurlarla çinli Vey İni məğlub edib. Rəqib 30-cu gedişdə təslim olub.

Bununla da xallarını 5,5-ə çatdıran Məmmədyarov vahid liderliyini davam etdirir. O, ən yaxın izləyicilərindən 1 xal öndədir.

Qeyd edək ki, turnir ümumilikdə 13 turdan ibarətdir. 8-ci turda Şəhriyar Məmmədyarov qara fiqurlarla hollandiyalı Aniş Giriyə rəqib olacaq. Görüş yanvarın 21-də keçiriləcək.