Almaniyanın paytaxtı Berlindəki şahmat üzrə İddiaçılar Turniri davam edir.

Qaynarinfo apasport.az-a istinadən xəbər verir ki, bu gün XIII turun görüşləri keçiriləcək. 

Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarov rusiyalı Aleksandr Qrişukla qarşılaşacaq. "Şah" ağ fiqurlarla oynayacaq. 12 turdan sonra hər iki qrossmeyster çinli Liren Dinqlə birgə 6,5 xalla 3-5-ci yerləri bölüşdürür.

Bu partiyada məğlub olacaq şahmatçı turnirin qalibi olma şanslarını itirəcək. 

İddiaçılar turniri

XIII tur

Şəhriyar Məmmədyarov (2809, Azərbaycan) - Aleksandr Qrişuk (2767, Rusiya)

Uesli So (2799, ABŞ) - Sergey Karyakin (2763, Rusiya)

Fabiano Karuana (2784, ABŞ) - Levon Aronyan (2794, Ermənistan)

Liren Dinq (2769, Çin) - Vladimir Kramnik (2800, Rusiya)

Turnir cədvəli: Karuana, Karyakin - 7 xal; Məmmədyarov, Dinq, Qrişuk - 6,5; Kramnik - 5,5; So - 5; Aronyan - 4.