İdman 23:55 23.07.2019

Şəhriyar Məmmədyarov üstünlükdən yararlana bilmədi

Riqada FIDE-nin və "World Chess”in birgə təşkil etdiyi "Grand Prix 2019” seriyasının final oyunları davam edir.

Qaynarinfo xəbər verir ki, Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov fransalı Maksim Vaşye-Laqravla ikinci görüşünü keçirib.

İlk oyunda ağ fiqurlarla qələbə qazanmış qrossmeysterimiz bu dəfə qara fiqurlarla məğlub olub.

Qalib müəyyən etmək üçün sabah iki şahmatçı arasında tay-brek görüşü keçiriləcək. (oxu.az)