Türkiyə və dünya ədəbiyyatında özünə nböyükimic qazanmış Yusuf Atılqan çətin, amma qürurlu həyat yolu keçib. "Qaynarinfo" yazıçının xanımı Serpil Atılqanın həyat yoldaşı ilə bağlı xatirələrini təqdim edir:
 
Qeyd edək ki, Serpil xanım uğurlu teatr aktrisası və musiqiçidir, ancaq sənətini davam etdirmir. 
 
"Mən 16-17 yaşlarımda idim. "Avara adam"ı oxudum. O zamanlar Ankarada yaşayırdım. Çox təsirləndim. Yəni, belə bir şey oldu. Bu adamı çox yaxından tanıyıram hissinə qapıldım. Özümü ona çox yaxın hiss etdim. Dünya görüşü, hadisələrə baxışı məni çox təsirləndirdi. Ədəbi anlamda da düşündürücü, poetik, dili çox aydın idi. Aşiq oldum. Dedim ki, mən bu adamı tapacam. Kor da olsa, topal da olsa, fərqi yoxdur. Ondan sonra nə baş verəcək bilmirəm. "Avara adam"da da hiss edərsiniz bəlkə, gah yaxşı adam olur, gah da anlaşılmaz. Adamı qorxudan bir tərəfi var. Bəlkə yaxınlaşarsınız, ələ keçirə bilərsiniz, amma sonuna kimi problem yaşayacaqsınız. Bu cür şeylər rasional olmur. Sadəcə duyğular. Amma axtardım. 3 aya qədər Ankarada onun izinə düşmək üçün hər yeri axtardım. Tapa bilmədim. İstanbula gəldim. Bir dostumun köməyi, mətbəələrdən birinin vasitəsilə Manisada yaşadığını öyrəndim. Manisaya gedə bilmədim. Həmin dönəmdə "Avara adam" çox məşhurlaşmış və o, 500-ə yaxın məktub almışdı. Bu cür şeyləri heç bəyənmirdi. Məktublara baxsın, cavab yazsın, heç maraqlanmırdı. Bir mənə cavab yazmaq istəyib. Ardınca 1 ilə yaxın məktublaşdıq. Sonra İstanbula gəldi, görüşdük.

Tuneldə görüşdük. Yusuf qarşıdakı keçiddə gözləyəcək, mən də tuneldən çıxacaqdım. Mən düşdüm, baxdım ordadı. Salamlaşmadıq. Yan-yana "Vyana" restoranına qədər getdik. Masaların birində üzbəüz əyləşdik. İkimizdə titrəyirdik. Çox zaman keçmədi və hər şey bu cür başladı. 

Mənim 17, onun isə 39 yaşı var idi. İlk "solçu" olduğunu dedi. Pul qazana bilmədiyi üçün uyğunlaşa bilməyəcəyimizi söylədi. Bu bizim üçün önəmli idi. Münasibətimiz çox uzun çəkdi. Amma çox gec evləndik. Evlənəndə mənim 32 yaşım var idi. Nə onda, nə də mən də pul var idi. Kənddə bir tarlası vardı, ortağı işləyib az miqdarda pul göndərirdi. Heç vaxt pulunu hesablamırdı. O az miqdarada pulla istədiyimiz şeyləri edib, iki günə bitirirdik. Sənətçi idi. Hər şeyi görürdü. Heç kimin fərqinə varmadığı şeyləri, o göydə tuturdu. Onu ən çox dadlı yemək maraqlandırırdı. Müdrik olmağına baxmayaraq, heç nəyə yuxarıdan aşağı baxmazdı. Bir yandan yaş fərqi, bir yandan da həbsə girib çıxması... Münasibətimiz çətin idi. Mənim də bir müddət teatrda işlədiyim dönəm oldu. Yusuf buna çox hörmət edirdi. Heç kim məni dəstəkləmədi. Lakin ailəmdə məni anlayacaq bir nəfər var idi. Atam. Amma həmin vaxtlar mən yetərincə yetişkin deyildim. Atamı tanımırdım. Ən çox atam üzüldü, amma məni də ən çox o anladı. 

Hər kəs Yusuf Atılqanı kənd yazıçısı kimi təqdim edir. Çox vurğulanan bir şeydi bu. Doğurdan da elə idi. Ailəsi qaçqındır. Atası zabit olub. Kəndləri dağılandan sonra qonşu kəndlərdən birinə qaçıb. Təbii ki, çoxlu səbəbləri var. Onlar kənddə yaşayan ailələrdən fərqli idilər. Qaçqın olmaqlarının da önəmi var idi. 

Ankara Sənət Teatırında Antigoneyi oynadım. Erkal Gencoyla bir yerdə işlədim. Qardaşım Durul Genceylə birlikdə musiqi ilə də məşğul oldum bir müddət. Əslində, uğurlu da oldu. Özümü tam hiss etmədiyim üçün musiqidən də ayrıldım. Komanda işi və bütün bu qarışıqlığa özümü aid hiss edə bilmədim. Anlayış, hörmət, özgüvən verəcək işlər idi və bu da çox az insanda var. Axtardığım bütünlük yox idi. Aktirisalığı atdığım dönəm mənim üçün ağrılı və çətin keçdi. 

Əgər atmasaydım, özümdən uzaqlaşacaqdım. Əvəzi sevə bilmək və sevilməmək olacaqdı. Bunu istəmədim. Belə bir şans yarandı və fərqinə vardım. Ondan sonra Yusufla evləndim. Bir dəfə də olsun arxama baxmadım. Oğlumuz Mehmet doğuldu. Sənətin yerinə qoya biləcəyim tək şey sevgi ola bilərdi. Hamsını Yusufla Mehmetə verdim. Yaşamaq üçün pul lazım idi. Bizim evliliyimizdə mən işləyirdim. Zatən bu cür danışmışdıq. Düzdü, böyük pullar qazanmadım, amma ailəmizə bəs edirdi. Bir tərəfdən də evliliyimi qoruyurdum. Yusufla Mehmet hər zaman ön planda oldu. Yusuf dadlı yemək sevirdi. Pis yemək heç vaxt yemirdi. Hüzurlu və xoşbəxt idim öz seçimimdən. Dediyim kimi heç vaxt arxama baxmadım. 

Yusuf dava-dalaşdan, sə-küydən uzaq, ağırbaşlı, ciddiyəti oln bir adam idi. Ondan çəkindiyim qədər heç kimdən çəkinməmişəm. Çox diqqətcil, amma "maço" xüsusiyyətləri olmayan bir adam idi. Dəqiq, disiplinli idi.   
 
4 tamamda gələcəm deyib, 5 dəqiqə gecikibsə, ölmüş olduğunu düşünə bilərdiniz. Sakitçiliyi sevərdi, öz dünyasında yaşayırdı. Bir küncdə divanımız var idi və o, hər zaman orda kitab oxuyurdu. Yeməyini vaxtında yeyir və yemək aralarında heç nə yeməzdi. Çox ayıq olurdu. Mən hər zaman deyirdim ki, biz yuxulu gəzənlərik. Məsələn, saat taxmırdı, amma vaxtı dəqiq bilirdi. Qol saatını hər zaman cibində gəzdirirdi. 
 
Əşyalarının yerini heç vaxt unutmurdu. Məsuliyyətli idi. Əvvəl Mehmeti istəmədi. "Baba olacaq yaşda ata oldu" deyəcəklər dedi. "Nə vaxtdan başqalarının fikirləri ilə yaşamağa başladıq" dedim. Çox güclü adam idi. Onu anlatmaq çox çətindir. Doğurdan da, yaşadıqlarından sonra dimdik həyatda olmağı möcüzə kimi idi. Yusuf hər şeyi silib yenidən yaşadı. Xarakteri çox cəlbedici idi. 24 yaşı olanda, duyğularına görə həbsə düşür. Nəbzi vuran hər gənc bərabərsizlikdən təsirlənir. Çox istiqanlı insan idi. İnsanı hər şeydən üstün bilirdi. Yaşamaq haqqının əlindən alınması çox ağır idi. Yıxılmadı, üstəlik də daha da dik durdu. Bunun özü də böyük uğurdur. Həyat o qədər çətin idi ki, dostluqlar belə lütf olurdu. İnsanları, dostluqları, münasibətləri aldılar əlindən, heç nəyi qalmadı. Zaman-zaman qısqandığımı etiraf etməliyəm. Bəzən də həyatdaki bu sağlam duruşuna bir qatqım olubmu deyə düşünürəm. Yazdıqları hüzünlüdür. Amma güclü yaşamaq eşqiylə dolub daşırdı. Sevincli, pozitiv və xoşbəxt idi. Qadınları çox sevən və hörmət edən biri idi. Ədəbi danışıqlardan hər zaman qaçardı. Həyatın özü ilə maraqlanırdı daha çox. Evlənmək istədiyim və uşağım olmağını istədiyim yeganə insan Yusuf olub. O olmasa, heç vaxt evlənməzdim, deyə düşünürəm. Kinolara çox marağı var idi. Çox yaxşı izləyici idi. Pis bildiyi heç nəyə vaxtını sərf etməzdi. Mənim həyatımda Yusufun sevgisi hər şeydən üstün olub. Əslində, həyat çox sadədir. Belə fərqli nələrsə yaşamağa gərək yoxdur. 

Pulumuz olmayan vaxtlarda idman jurnalistliyi ilə məşğul olmaq istədi. "Amma heç elə şey olar, sən Yusuf Atılqansan, yaraşmaz" dedilər. Yusuf oğlunu sevirdi. Yuxusundan qalxar, onunla oynayardı. Onlarla yaşamaq mənə yaxşı təsir etdi. Bu sevgi hər şeyə dəydi".

Qeyd edək ki, 1989-cu ilin oktyabr ayının 8-dən 9-na keçən gecə gec saatlarda Yusuf Serpilə "Mən pisəm" deyir. Həyat yoldaşı təcili yardım çağırmağa getsə də, artıq gec olur...
 
Tərcümə etdi: Lalə Niftaliyeva
Qaynarinfo.Az