Şəkərli diabet qadınlar üçün daha təhlükəlidir

Şəkərli diabet qadınlar üçün daha təhlükəlidir

Şəkərli diabet qadınlar üçün daha təhlükəlidir.

Alimlərdən ibarət beynəlxalq qrup bu qənaətə gəlib.

Təcrübədə 15 milyon şəkərli diabet xəstəsi iştirak edib. Məlum olub ki, birinci tip şəkərli diabet xəstəliyindən əziyyət çəkən qadınlarda ürək çatışmazlığı inkişafı riski kişilərə nisbətən 47% çox olur. İkinci tip şəkərli diabet xəstələrində isə ağırlaşma halları 9% daha çox qeydə alınır.

Bundan əlavə, şəkərli diabet qadınlarda ürəyin işemiya xəstəliyi, insult, demensiya və xərçəngin yaranma təhlükəsini artırır.

Həkimlərin fikrincə, qadınlar genetik xüsusiyyətlərinə görə qanda şəkərin miqdarına daha pis nəzarət edirlər. Eyni zamanda, onlarda şəkərli diabetə əvvəlcədən diaqnoz qoymaq daha çətindir. (oxu.az)

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR