Ölkə 18:59 19.06.2018

Şəkidə sərnişin avtobusu yük maşını ilə toqquşdu: Yaralılar var

Şəkidə sərnişin avtobusu yük maşını ilə toqquşub.

Hadisə bu gün 17.00 radələrində Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun Şəki rayonunun Cəfərabad kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. "İsuzu” markalı, 45-ƏC-475 dövlət nömrə nişanlı sərnişin avtobusu 90 XO 837 dövlət nömrə nişanlı yük maşını ilə toqquşub. Qəza nəticəsində hələlik şəxsiyyəti məlum olmayan 3 nəfər Şəki Mərkəzi Rayon Xəstəxanasına (MRX) aparılıb.

MRX-dan APA-ya verilən məlumata görə, hazırda xəstələrin müayinələri aparılır.

Faktla bağlı Dövlət Yol Polisi İdarəsinin Baş istintaq və təhqiqat bölməsində araşdırma aparılır.