Şəkinin Şorsu kəndi: Adı kimi suyu da şordur (VİDEO)

Şəkinin Şorsu kəndi: Adı kimi suyu da şordur (VİDEO)

Şəkinin Şorsu kəndinə başqa ərazilərdən su xətti çəkilib. Lakin son dövrlərdə xətlər sıradan çıxdığından bulaqlar yararsız vəziyyətə düşüb. Yeni qazılan quyulardan isə duzlu su çıxır. Sakinlər də 3 kilometrə yaxın məsafədən içməli su daşıyırlar.

Kənddəki artezian quyuları yararsız vəziyyətə düşüb. İşlək vəziyyətdə olanlardan isə duzlu su çıxır.Kəndi içməli su ilə təmin etmək üçün 6 kilometrdən uzaq məsafədən su xətləri çəkilib. Lakin son dövrlərdə həmin borular sıradan çıxdığı üçün bulaqlar susuz qalıb. Problemin həlli üçün kənddə yeni arteizan quyuları qazılsa da, çıxan su duzlu olduğu üçün sakinlər ondan istifadə edə bilmirlər.

Sakinlərin sözlərinə görə, içməli suyu at arabaları ilə kənddən 3 kilometr aralıda yerləşən bulaqdan daşıyırlar.

Məsələ ilə bağlı Şorsu kəndi üzrə İcra nümayəndəsi Mustafa Əliyev "Xəzər Xəbər"ə bildirib ki, son dövrlər kənddə 13 ədəd artizan quyusu qazılıb. Lakin suyu duzlu çıxdığı üçün həmin quyular istifadəyə yararsızdır. Problemin həlli üçün başqa ərazilərdən su xəttinin çəkilməsinə ehtiyac var. Bu məqsədlə aidiyyəti qurumlara müraciət edilib.

XƏBƏRLƏR
BLOGLAR