Maqazin 10:42 09.11.2014

Seksual rus müğənnisindən yeni FOTO

“VIA Gra” pop qrupunun eks solisti sosial şəbəkədə hisslərini dilə gətirib. ANS PRESS-in məlumatına görə, məşhur ukrayna-rus müğənnisi, aktrisa Vera Brejneva sosial şəbəkədə yeni fotosunu paylaşaraq hisslərini dilə gətirib. 

Sosial şəbəkə istifadəçiləri bir-birindən gözəl şəkilərini bölüşən 32 yaşlı sənətçinin yazdığı şərhdə dəqiq kimə müraciət etdiyini qeyd etməsə də, sözlərinin hamıya aid olduğunu diqqətə çatdırıb. 

O, sevilmək üçün xüsusi bir şey etmədiyini bildirib: “Mən hamının xoşuna gəlmək çalışmıram. Necə varamsa, eləyəm. İstədiyim kimi yaşayıram, həyatımı daha asan, rahat, və yaxşı yaşamaq üçün əlimdən gələni edirəm. Kiminsə məndən xoşu gəlmir, özü bilər. Amma mən heç kimə pislik etmirəm. Xoşladığım adamlarla əlaqə saxlayıram. Öz işimi, ətrafımdakıları, həyatımı, ailəmi və özümü sevirəm. Öz prinsiplərim və anlayışlarım ilə yaşayıram. Kiminsə çirkli paltralarını eşələmək mənə görə deyil. Məni maraqlandırmır, kim kiminlə yatır. Mən insanları sadəcə xeyirə, işığa, istiyə, məhəbbət və sülhə çağırıram.".

Qeyd edək ki, Vera sosial şəbəkədə gündəlik həyatına dair fotolar paylaşması ilə diqqət çəkir. Müğənninin keçmiş sevgilisi olan iş adamı Mixail Kipermandan Sara və Sonya adlı iki qızı var. Sənətçi övladları və şəxsi həyatı barədə söhbət açmır.

Qaynar.info