Ekonomiks 17:14 12.09.2013

Səlim Müslümovdan Berti Foqtsa vergi iddiası

"Azərbaycan mənbələrindən gəlir əldə edən bütün şəxslər qeydiyyata düşməlidirlər”.

Azərbaycanda bütün legioner idçmançılar məcburi sosial sığorta haqqı ödəməlidir.

Qaynar.info SalamNews-a istinadən xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Səlim Müslümov bildirib.

O deyib ki, məcburi sosial sığorta haqqı ödəniş üçün Azərbaycan mənbələrindən gəlir əldə edən bütün şəxslər qeydiyyata düşməlidirlər.

S.Müslümov Azərbaycanın milli futbol komandasının baş məşqçisi Berti Foqtsun hələ qeydiyyata düşmədiyini də təəssüflə söyləyib:

"Bununla belə əksər idmançılar qeydiyyatda var və sosial sığorta haqqı ödəyirlər.”


Qaynar.info