Prezident Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası elektron fəaliyyətə keçidlə bağlı uğurlu bir sistem tətbiq edib.
Qaynarinfo xəbər verir ki, SƏLİS (Sürətli Əlaqələndirmə və Layihələrin İdarəetmə Sistemi) 20-dək elektron xidməti özündə birləşdirən mükəmməl bir sistemdir.
Bu proses sadəcə növbələrin elektron formada alınmasından ibarət deyil. Bu mərhələyə qədər QHT-lər e-növbə proqramı çərçivəsində layihə sənədlərini katibliyin əməkdaşları ilə elektron formada uyğunlaşdırlmasını həyata keçirirlər. Yaxın gələcəkdə xeyli sayda digər proqramların da SƏLİS-ə inteqrasiya olunması gözlənilir.
SƏLİS-in üstünlükləri:
Çevik və surətli idarəetmə;
Xidmətlərin rahat və əlçatanlığın təmin olunması;
Vaxt itkisinin aradan qaldırılması;
Şəffaflıq və aşkarlığın təmin olunması;
QHT-lər və Şura üçün vahid məlumat bazasının formalaşması;
Hər hansı subyektiv amillərin aradan qaldırılması.
Artıq heç kimin Şuraya gedib, növbə gözləyib vaxt itirməsinə ehtiyac yoxdur. Ofisdə oturaraq layihəni göndərə, cavab ala, sənədləri yollaya, hesabatını verə bilərsən. Bu, ictimai fəaliyyət sektorunda novatorluqdur. Həm də şəffaflıq, insan amili, subyektiv yanaşmaların qarşısını alan sistemdir SƏLİS.
Elektronlaşma, idarəetmə və xidmətlərdə İKT həllərin tətbiqi dövrümüzün yeni çağırışları sırasındadır. Sadəcə bu həllərin tətbiqində 2 amilin uzlaşması vacib şərtdir. Birinci amil həqiqətən bu xidmətlərin əlçatanlığının yüksək səviyyədə təmin olunması ilə bağlı istəyin olmasıdır.
Həmçinin QHT Şurası (SƏLİS) vətəndaşlara ictimai təşkilatların layihələrinə səs vermək, rəy bildirmək, tövsiyə, təklif vermək imkanları yaradıb. Çox mükəmməl bir qaydadır və indiyədək tanıdığımız, bildiyimiz istər yerli, istərsə də beynəlxalq donorların vətəndaşlara bu cür imkanlar tanıması halına rast gəlinməyib.
Çox sadədir: kompüter, yaxud telefonunda
vetendas.e-qht.az yazırsan, çox sadə, hər kəsin asanlıqla yararlana biləcəyi səhifə açılır. Cəmi 1 dəqiqə ərzində qeydiyyatdan keçirsən və Azərbaycan QHT-lərinin QHT Şurasına göndərdiyi və maliyyələşməsini istədiyi layihələrin hamısının siyahısını görürsən. Burada 15 istiqamət üzrə təklif olunan layihələrdə hansı məsələlərin qabardıldığı, hansı problemin həllinə dəstəkdən söhbət getdiyi, hansı maarifləndirici tədbirlərin keçiriləcəyi aydın şəkildə əksini tapır. Qarabağ həqiqətlərinin çatdırılması, insan haqları, gender məsələləri, icbari tibbi sığorta, bloggerlik, sosial media ilə bağlı layihə təklifləri, layihənin məqsədi, icrası planları, kimlərin yararlanacağı, nə faydaları olacağı haqda məlumatlarla da vətəndaşlar tanış ola bilərlər. Əgər hansı layihənin reallaşdırılmasını arzulayır və vacib bilirsənsə, ona səs ver, rəy bildir. Yaxud da sənə yaradılan imkandan istifadə edərək, özünün də təklifini, tövsiyəni, iradını yaz. Bir sözlə QHT Şurası vətəndaşların ictimai təşkilatların layihə təkliflərinə öz fikrini bildirməsi üçün elektron qaydada və analoqsuz imkan yaradıb.
Şərhlər