Siyasət 14:35 16.05.2018

Səməd Seyidovla bağlı sanksiya qəbul edildi

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycan barəsində araşdırma aparan müstəqil komitəsi Səməd Seyidov başda olmaqla 4 deputatın mandatının dondurulması barədə qərar qəbul edib.

Qaynarinfo virtualaz.org-a istinadən xəbər verir ki, sanksiya Səməd Seyidovdan başqa Sezar Florina Predaya, Pedro AqramuntaCordi Xuclıya da toxunub.

Ukrayna nümayəndə heyətinin başçısı Vladimir Aryevin sosial şəbəkədə bildirib ki, bu qərar AŞPA-dakı ölkələrin nümayəndəliklərinə şamil edilmir.

Sanksiyalar Pedro Aqramunta müşahidə missiyalarında iştirak etməyi və 10 il ərzində məruzəçi vəzifəsini tutmağı qadağan edir. Analoji qadağa Seyidov, Preda və Xuclı barəsində 2 il müddətinə tətbiq olunacaq.

Onu da qeyd edək ki, Komitənin qərarı son hədd deyil və mayın 16-da rəsmi informasiyanın yayılacağı gözlənilir.