İdman 20:17 19.06.2013

Semih Şəntürk "Fənərbaxça"dan qovuldu

Türkiyənin "Fənərbaxça" klubu futbolçusu Semih Şəntürkün komandadan ayrılması ilə bağlı mətbuatda yayılan xəbərlərə rəsmi münasibət bildirib.

Qol.Az-ın məlumatına görə, klub saytında verdiyi açıqlamada əvvəlcə oyunçunun komandanın yeni mövsüm planları arasında yer aldığını bildirib. 

Lakin hücumçunun 10 gün öncə hazırlıqlara dəvət edilməsinə baxmayaraq, təlim-məşq toplanışına gəlməyib. Buna görə də futbolçunun meneceri ilə görüşüldüyü və Semihin yeni mövsüm planları arasında yer almadığı klub tərəfindən rəsmən açıqlanıb.

Qeyd edək ki, Semih Şəntürk 16 yaşından "Fənərbaxça"nın heyətinə cəlb olunub. 2002-ci ilədək əvəzedici komandada və icarə əsasında “İzmirspor”da çıxış edən Şəntürk sonradan əsas heyətə cəlb olunub. O, “Fənərbaxça”ın heyətində 200 oyuna 61 qol vurub.

Qaynar.info