Video 10:40 13.12.2018

Şəmistan Əlizamanlı məşhur serialda yenidən rol alıb (VİDEO)

Hərbi-vətənpərvərlik mahnılarının ifaçısı, diktor Şəmistan Əlizamanlı Türkiyənin TRT 1 kanalında yayımlanan məşhur "Diriliş Ərtoğrul” serialında yenidən rol alıb.

Qaynarinfo qafqazinfo-ya istinadən xəbər verir ki, o, reytinqli ekran işinin 127-ci bölümündə tamaşaçı qarşısına çıxıb. İfaçı layihədə Əroğrul bəyin obasında ikinci dəfə ozan obrazını canlandırıb. 

Şəmistan Əlizamanlı məcslidə "Zafer Bismillah” mahnısını səsləndirib. 

Qeyd edək ki, diktor-müğənni noyabrın əvvəlində də sözügedən serialda rol almışdı.