Ölkə 23:07 27.01.2020

Şəmkirdə ağır yol qəzası: 3 nəfər öldü

Şəmkirdə ağır yol nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin qərb çıxışında qeydə alınıb.

Qəza zamanı "Lexus" markalı minik maşını aşıb. Nəticədə 3 nəfər ölüb. Bunlar 1983-cü il təvəllüdlü Əmiraslanov Ramil Söhrab oğlu, 1977-ci il təvəllüdlü Əmiraslanov Habil Hüseyn oglu və 1973-cü il təvəllüdlü Əmiraslanov Şahin Huseyn oğludur.

Hazırda hadisə yerində istintaqçılar araşdırma aparır.