Ölkə 20:08 26.12.2017

Şəmkirdə bir ayda 2 məktəb binası yandı

Şəmkir rayonunda orta məktəbdə yanğın olub.
 
Qaynarinfo-nun "Report"a istinadən məlumatına görə, hadisə rayonun Zəyəm Cırdaxan kənd orta məktəbində baş verib. Belə ki, siniflərdən birində quraşdırılmış sobadan döşəməyə düşən köz sinifdə yanğına səbəb olub.
 
Hadisə yerinə 2 yanğınsöndürən maşın cəlb olunub. Yanğının qarşısı isə sakinlər tərəfindən alınıb. Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, bir neçə gün əvvəl Şəmkirin Zəyəm qəsəbəsində yerləşən orta məktəb binasında da yanğın hadisəsi qeydə alınıb.