Video 18:39 23.03.2018

Səmranın anası: “Qızım bağlı da, qısa da geyinə bilər” (VİDEO)

ARB TV-nin "Səhər-Səhər” verlişinin növbəti qonağı Səmra Rəhimlinin anası İlhahə Baxşıyeva olub.

Qaynarinfo xəbər verir ki, Səmranın anası qızının geyimləri ilə bağlı təhqiramiz ifadələr səsləndirənlərə fikir bildirib:

"Səmranın "Eurovision” mahnı müsabiqəsi zamanı qırmızı xalıda geyindiyi bütün paltarlar müzakirə olundu. Hər şey yazıldı. Başa düşürəm. Amma o mühit onu, o cür geyimi tələb edirdi. İslam oyunlarında Səmranın geyimini hamı gördü. Deməli yeri gələndə, lazım olanda bağlı da geyinəcək, qısa da geyinəcək. Baxır janıra, baxır hansı səhnədədir, harada oxuyur”.