Ölkə 11:44 13.03.2014

Şəmsəddin Hacıyev həbs təhlükəsi ilə üz-üzə

Eks-rektor haqqında cinayət işinin açılması haqda ən yüksək dairələrdə müzakirələr gedir

Bir neçə  gün öncə  vəzifəsindən azad edilmiş, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Şəmsəddin Hacıyev  haqqında cinayət işi açıla bilər.

Avropa.info-nun  yaydığı xəbərə görə, martın  5-də vəzifəsindən prezident  İlham Əliyevin sərəncamı ilə  vəzifəsindən azad  edilmiş Şəmsəddin Hacıyevin  məsələsi ən yuxarı dairələrdə müzakirə olunur. ADİU-da rüşvət və korrupsiya faktları ilə bağlı  Şəmsəddin Hacıyev haqqında cinayət işinin açılması ilə bağlı təkliflər də var. 

Əldə olunmuş məlumata görə, yaxın  günlərdə  ADİU-da  yoxlamalara başlanılacağı  və  Şəmsəddin Hacıyevin rektor olduğu dövrün təftiş olunacağı gözlənilir. Hətta eks-rektorun  həbs  edilməsi  ilə bağlı təkliflərin  olduğu da bildirilir. Lakin eks-rektorun hansı səbəblərdən hədəfə  alınması məlum deyil.

Qeyd edək ki, Şəmsəddin Hacıyev  eyni zamanda deputat və parlamentin Elm və təhsil komitəsinin sədridir. O, 2004-cü ildən  Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru idi.

Qaynar.info