İdman 15:11 05.12.2019

Şenol Günəş Bakıya gəldi (FOTO)

Türkiyə milli komandasının baş məşqçisi Şenol Günəş Bakıya gəlib.

Qaynarinfo xəbər verir ki, "AVRO-2020"nin 2 qrup oyununu Bakıda keçirəcək komandanın çalışdırıcısı paytaxtımıza stadion və otellərə baxmaq məqsədi ilə səfər edib.

Türk mütəxəssis Suraxanıda "Qarabağ”ın bazasında da olub. O, Ağdam klubunun işçiləri ilə də görüşüb.

Qeyd edək ki, Türkiyə iyunun 17-də Uels, 21-də isə İsveçrə ilə oyunları Bakı Olimpiya Stadionunda keçirəcək.