İdman 10:44 15.10.2019

Şenol Günəşdən fransız müxbirə ibrətlik cavab: “Bu mənim işim deyil, Makronun işi...”

"Bu mənim işim deyil, Trampın, Makronun işidir”.

Qaynarinfo xəbər verir ki, bu sözləri Fransa-Türkiyə millilərinin qarşılaşmasından sonra Türkiyə milli komandasının baş məşqçisi Şenol Günəş mətbuat konfransında deyib.

"Biz öz ökəmizdə qalmaq istəyirik, heç bir ökəyə getmək istəmirik”, - deyən baş məşqçi "Ölkələrində bir şiddət olsa, fransızlar da məyus olar. Əsgər salamı verməkdə pis bir niyyət yoxdur. Əsgərlərimiz kimisə öldürsün deyə harasa göndərmirik. Özümüzü müdafiə etmək üçün edirik nə ediriksə. Bu mənim işim deyil, Trampın işi, Makronun işidir. Dünyanı onlar idarə edirlər. Ona görə də bu sualı mənə verməyin, mən öz komandamı çətinliklə idarə edirəm”.

"Lider gəldik, lider qayıdırıq, bu, çox gözəldir, ancaq çox güclü bir komandaya qarşı oynadığımız faktdır, - deyən Günəş əlavə edib: - Onlar bizdən daha yaxşı oynadılar. Biz oyunu öz xeyrimizə dəyişməyə çalışdıq. Bu qədər zəhmətin qarşılığında nail olduğumuz heç-heçə və liderliyi qorumağımız bizi sevindirir. Hələ daha çox işimiz var. Daha bir final oyunumuz olacaq. Əsil final oyunu İslandiya ilə olacaq. Bizdən arxada güclü bir rəqib var. Ən azı heç-heçə etməyimiz lazımdır İslandiya ilə. Qarşımızdakı bir ayı o oyuna hazırlaşacağıq. Fransaya qarşı 2 oyundan 4 xal almaq və lider olaraq qalmaq gözəl bir şeydir”. 

Xatırldaq ki, dünən oynanılan Fransa-Türkiyə oyunu 1-1 hesabı ilə bitib.

Alpər