İdman 23:51 22.11.2017

Şenol Günəşdən Qurban Qurbanova xüsusi hədiyyə (FOTO)

Bakıda səfərdə olan "Beşiktaş"ın baş məşqçisi Şenol Güneş "Qarabağ"ın çalışdırıcısı Qurban Qurbanovla görüşüb. 

Qaynarinfo xəbər verir ki, türk mütəxəssis həmkarına Pepenin imzalı formasını həddiyyə edib. Qurban Qurbanova da ona "Qarabağ"ın formasını təqdim edib.

Qeyd edək ki, "Beşiktaş"ın baş məşqçisi bu gün Bakıya gəlib və Çempionlar Liqasının "Qarabağ" - "Çelsi" oyununu canlı izləyib. Buna səbəb Bakı Olimpiya Stadionunun dünən gecə saatlarında "ağ-qara” rəngə bürünməsi və "Come to Beşiktaş” yazısı ilə Çempionlar Liqasında 1/8 final mərhələsinə vəsiqə qazanan İstanbul nəhənginə dəstək verməsidi. Şenol Günəş də bu jestə qarşılıq olaraq təşəkkür etmək üçün Bakıya gəlib. O, "Çelsi” ilə qarşılaşmada Azərbaycan çempionuna dəstək olub.
 


Aydın