Dünya 21:22 18.11.2019

SEPAH-dan İrandakı aksiyalarla bağlı bəyanat: "Qətiyyətli tədbirlər görüləcək"

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İrandakı aksiyalarla bağlı bəyanat yayıb.

Qaynarinfo xəbər verir ki, bu barədə SEPAH-ın mətbuat xidmətindən məlumat verilib.

Bəyanatda bildirilib ki, ölkədə qeyri-sabitlik davam edəcəyi təqdirdə qətiyyətli tədbirlər görüləcək və vəziyyətə müdaxilə olunacaq: "Təhlükəsizliyə hər cür təhdidlərin və ölkədə sabitliyi pozan hərəkətlərin davam edəcəyi təqdirdə, buna həlledici cavab veriləcəkdir".