Siyasət 12:02 21.05.2018

Serbiya prezidenti Bakıya gəldi (FOTO)

Serbiya Prezidenti Aleksandr Vuçiç Azərbaycana rəsmi səfərə gəlib.

Qaynarinfo xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Hava Limanında Serbiya Respublikasının Prezidenti Aleksandr Vuçiçi Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Nadir Hüseynov və digər rəsmi şəxslər qarşılayıblar.

Qeyd edək ki, A.Vuçiç səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə görüşəcək. Görüşün ardından bir sıra ikitərəfli sənədlərin imzalanması gözlənilir.

Bundan əlavə, A.Vuçiç ölkənin Baş naziri Novruz Məmmədov və Milli Məclisin sədri Oqtay Əsədovla görüşlər keçirəcək.

Mayın 22-də A.Vuçiç Azərbaycan Dillər Universitetində olacaq və orada Serbiya Dili və Mədəniyyəti Mərkəzinin açılışında iştirak edəcək. Həmçinin Serbiya prezidentinə bu universitetin fəxri doktoru diplomu veriləcək.