Xəbər lenti

“Sərdar Cəlaloğlu uğursuz siyasətçidir”
Siyasət 18:05 17.04.2013

“Sərdar Cəlaloğlu uğursuz siyasətçidir”

“Rafiq Əliyev fikirlərini ümumən Milli Şura haqqında deməyib”

“Uğursuz, perspektivi olmayan siyasətçilər və siyasi şərhçilər bu cür çıxışlar edir. Bu haqda Aydın Mirzəzadənin və Sərdar Cəlaloğlunun danışmağa haqqı yoxdur. Çünki özləri uğursuzluq içindədirlər”.

Bunu Qaynar.info-ya “El” hərəkatı sədrinin müavini Eldəniz Quliyev ADP sədri Sərdar Cəlaloğlunun Milli Şura haqqında səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib. 

E.Quliyevin sözlərinə görə, Milli Şura ziyalıların və siyasətçilərin geniş spektrini əhatə edəcək: “Bu yöndə də ciddi işlər aparılır”.

“El” funksioneri Sərdar Cəlaloğlunun Rafiq Əliyevin adından səsləndirdiyi fikirlərə də münasibət bildirib: “Rafiq müəllim tanınmış ziyalıdır. O, Ziyalılar Forumunun yaradıcılarından biridir. Onun dediyi sözləri təhrif edirlər. Rafiq Əliyev fikirlərini ümumən Milli Şura haqqında deməyib. Hansısa siyasətçinin fikirlərinə münasibət bildirərkən deyib”.

Qeyd edək ki, Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu Milli Şuranı sərt tənqid edib. O, Milli Şura ideyasını ölü bir ideyaya bənzədib: “"Bu cür ideyaların bu cür formalaşması mümkün deyil. Bunun üçün gərək cəmiyyətdə ardıcıl iş aparasan. Buna görə də mən düşünürəm ki, artıq Milli Şura ideyası elə doğulanda ölü bir ideya kimi doğulub".

S.Cəlaloğlu Rafiq Əliyevin Milli Şura ilə bağlı dediklərini dəstəkləyib: “Mənim Milli Şura ideyasının müəllifləri kimi inandığım və hörmət etdiyim adamlardan biri Rafiq Əliyev artıq özü bu ideyaya inanmadığını, ideyanın özündə müəyyən mübahisəli məqamların olduğunu və bu ideyanın effektivliyinə və perspektivliyinə şübhə etdiyini bildirib”.

İlkin
Qaynar.info

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->