Siyasət 21:27 01.03.2018

Sergey Lavrov Elmar Məmmədyarova zəng etdi

Bu gün Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov arasında telefon danışığı olub.

Qaynarinfo xəbər verir ki, bu barədə Rusiya XİN-in mətbuat xidməti məlumat yayıb.

Məlumatda deyilir ki, telefon danışığı zamanı nazirlər ikitərəfli və beynəlxalq sahədə aktual məsələləri müzakirə ediblər.